Martın 6-da Yunanıstanın paytaxtı Afina şəhərində qadınların dünya kubokunda komanda yarışına yekun vurulub.
Azərbaycan Qılıncoynatma Federasiyasından Bizim.Media-ya bildiriblər ki, Anna Başta, Sevil Bünyatova və Valeriya Bolşakovadan ibarət komandamız ilk görüşündə Çini təmsil edən seçmə kollektivə 45:42 hesabı ilə qalib gələrək ən güclü 8 komanda sırasına yüksəlib.
Yarımfinal uğrunda keçirilən görüşdə İtaliya yığmasına 42:45 hesabı ilə uduzan qadın sablyaçılarımız 5-8-ci yerlər uğrunda keçirilən ilk görüşdə Koreya Respublikasını təmsil edən komandaya 31:45 hesabı ilə məğlub olub.
Qadın sablyaçılarımız son görüşdə Kanada yığmasına 45:44 hesabı ilə qalib gələrək dünya kubokunu 7-ci sırada başa vurub.
Bizim.Media
- A-
- A
- A+
İdman
07:55 / 07.03.2022
Qadın sablyaçılardan ibarət komandamız 7-ci oldu - Yunanıstanda
Hazırda oxunan: Qadın sablyaçılardan ibarət komandamız 7-ci oldu - Yunanıstanda
Hazırda oxunan: Qadın sablyaçılardan ibarət komandamız 7-ci oldu - Yunanıstanda
63470
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.