Ağsuda Sabir Sarvanla görüş keçirilib

Ağsuda Sabir Sarvanla görüş keçirilib

Hazırda oxunan: Ağsuda Sabir Sarvanla görüş keçirilib

62775

“Nə olsun dolaşmır dildə-ağızda

Gözləyib cücəni sayaq payızda”x9d deyən  Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt şəhər bölməsinin sədri, çağdaş Azərbaycan şerinin məşhur simalarından olan Sabir Sarvanın bu günlərdə doğulub boya-başa çatdığı Ağsu rayonunda yaradıcılıq gecəsi keçirilib. Moderator.az xəbər verir ki, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin təşəbbüsü ilə yüksək səviyyədə təşkil edilən tədbirə insanlar böyük ruh yüksəkliyi ilə gəlib. Tədbirin aparıcısı olan şairin yaxın dostu, tanınmış şair-publisist Əjdər OL  şair Sabir Sarvanın yaradıcılığı barədə yüksək fikirlər söylədi. Bakıdan təşrif buyurmuş  Sabir müəllimin dostlarından şair Məmməd Aslan, AYB-nin katibi Rəşad Məcid, ədəbiyyatşünas  İlham Abbasov,Türkiyəli araşdırmaçı İmdad Avşar, Mövlud Topraq, publisit Həmid Ormanlı(Qaralov), jurnalist İlqar Məmmədov və. başqaları Sabir Sarvan yaradıcılığından, onun şerlərinə güc verən yüksək  məziyyətlərindən söhbət açdılar.Tanınmış muğam ustaları Elnarə Abdullayeva və Abgül Mirzəliyevin ifaları və bədii qiraət ustası Ağalar Bayramovun ifasında şairin müxtəlif mövzularda yazdığı şerlər böyük maraqla dinlənilib. Tədbir boyu şair yeni şerlərini oxuyub, oxucuların suallarına yadda qalan cavablar verib. Gecədə  Azərbaycan Respublikasının Sosial Müdafiyə Naziri Səlim Müslümovun bir  oxucu kimi əvvəldən axıradək iştirak etməsi yerli oxucular tərəfindən dərin rəğbətlə qarşılanıb. 

                                                                                                              Elvin Rafaeloğlu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO