Beynəlxalq Voleybol Federasiyası (FIVB) bu ilin 26 avqust - 11 sentyabr tarixlərində keçirilməsi planlaşdırılan kişilər arasında dünya çempionatını Rusiyanın əlindən alıb.
Bizim.Media xəbər verir ki, bu barədə FIVB-in İdarə Heyəti qərar qəbul edib.
Qərarın nəticəsi Rusiya Voleybol Federasiyası və yerli Təşkilat Komitəsinə də çatdırılıb. FIVB dünya çempionatı üçün alternativ ölkə və ya ölkələr axtaracağını elan edib.
Qeyd edək ki, daha əvvəl Avropa Voleybol Konfederasiyası (CEV) Rusiya və Ukraynada CEV bayrağı altında keçiriləcək voleybol, çimərlik voleybolu və qar voleybolu üzrə yarışların baş tutmayacağını açıqlayıb. Bundan əlavə, cari avrokubok mövsümünün qalan hissəsində Rusiya və Ukrayna klubları öz ev oyunlarını neytral meydanda keçirməli olacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
15:19 / 01.03.2022
Rusiya millisi dünya çempionatından məhrum edildi
Hazırda oxunan: Rusiya millisi dünya çempionatından məhrum edildi
Hazırda oxunan: Rusiya millisi dünya çempionatından məhrum edildi
62579
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.