İsveç millisi Rusiya ilə matçdan imtina etdi

İsveç millisi Rusiya ilə matçdan imtina etdi

Hazırda oxunan: İsveç millisi Rusiya ilə matçdan imtina etdi

62101

İsveç Futbol Assosiasiyası Qətərdə keçiriləcək dünya çempionatının pley-off turnirində Rusiya millisi ilə mümkün oyunda iştirakdan imtina etmək qərarına gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb:

“İsveç Futbol Assosiasiyasının İdarə Heyəti qərara gəlib ki, İsveçin kişilərdən ibarət yığması harada keçiriləcəyindən asılı olmayaraq, dünya çempionatının pley-off mərhələsində Rusiya millisi ilə mümkün oyunda oynamayacaq. Qurum həmçinin FİFA-nı Rusiyanın iştirak etdiyi mart oyunlarını ləğv etməyə çağırır".

DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Rusiya yığması Polşa ilə qarşılaşacaq.

Cütlüyün qalibi finalda İsveç və ya Çexiya ilə qarşılaşacaq.

Qeyd edək ki, bundan əvvəl Polşa millisi DÇ-2022-nin pley-off mərhələsində Rusiya ilə matçdan imtina edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO