Azərbaycanda üç idman federasiyası ləğv olundu - RƏSMİ 

Azərbaycanda üç idman federasiyası ləğv olundu - RƏSMİ 

Hazırda oxunan: Azərbaycanda üç idman federasiyası ləğv olundu - RƏSMİ 

61945

Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, iclasda qurumun 2022-ci ilin mart ayı üçün perspektiv iş planı müzakirə olunaraq təsdiqlənib.

Ölkədə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə, eləcə də müvafiq idman növlərində tələb normalarını yerinə yetirdikləri nəzərə alınaraq bir qrup mütəxəssisə “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” və “Azərbaycan Respublikasının Əməkdar İdman Ustası” fəxri adları verilməsi qərara alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Gənclər və İdman Nazirliyi agentliyə çevrilir? - AÇIQLAMA


Həmçinin, ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi haqqında xüsusi komissiyanın arayışı müzakirə edilib.

Kollegiyanın qərarına əsasən, “Azərbaycan Şahmat Federasiyası” İB, “Azərbaycan Atıcılıq Federasiyası” İB, “Azərbaycan Stolüstü Tennis Federasiyası” İB, “Azərbaycan Triatlon Federasiyası” İB akreditasiyadan keçiblər.

Bundan başqa, “Azərbaycan Peyntbol Federasiyası” İB, “Otüstü Hokkey Federasiyası” İB və “Azərbaycan Turan Do Federasiyası” İB fəaliyyət göstərmədikləri üçün akreditasiyadan keçirilmələri mümkünsüz olduğundan federasiya statusları ləğv edilib.

Sonda nazir Fərid Qayıbov Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin qərarına əsasən, qurumun Fəxri Fərmanı ilə təltif edilmiş, nazirliyin sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun müdiri Nərmin Aslanbəyovaya həmin mükafatı təqdim edib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO