Qurban Qurbanov dünya mediasının GÜNDƏMİNDƏ – “Azərbaycanlı baş məşqçinin dürüstlüyü...” 

Qurban Qurbanov dünya mediasının GÜNDƏMİNDƏ – “Azərbaycanlı baş məşqçinin dürüstlüyü...” 

Hazırda oxunan: Qurban Qurbanov dünya mediasının GÜNDƏMİNDƏ – “Azərbaycanlı baş məşqçinin dürüstlüyü...” 

61819

Xəbər verildiyi kimi, ötən gün UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda keçirilən "Qarabağ" -"Marsel" cavab matçında tarixi hadisə yaşanıb.  

Bizim.Media xəbər verir ki, matçın 35-ci dəqiqəsində İbrahima Vadjinin əli ilə vurduğu qol baş məşqçi Qurban Qurbanovun məsələni hakimə deməsini tapşırması ilə sayılmayıb.  
 

MÖVZU İLƏ BAĞLI:

Qurban Qurbanov bu jesti ilə adını futbol tarixinə yazdı - VİDEO


Sözügedən hadisə dünya mediasında da yer alıb. Belə ki, “Daily Mail”, “Fox Sport”, “Goal.com” kimi məşhur media mərkəzləri hadisəni işıqlandırıb.  

Daily Mail: “Qarabağ" qol vurulduğu üçün sevindi, lakin baş məşqçi Qurban Qurbanov hakimə bunun əllə olduğunu dedikdən sonra qol sayılmayıb. “Marsel” futbolçuları “Qarabağ”ın hücumçusu İbrahima Vadjinin əllə vurduğu qola hiddətlə etiraz ediblər”.  

Fox Sport: “Meydanda 8 dəqiqəlik xaos var idi. Lakin Vadji “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla danışmağa getdi və pozuntunu etiraf etdi. Nəticədə qola icazə verildikdən tam səkkiz dəqiqə sonra hakim qərarı ləğv etdi”.  

Goal.com: “Marsel” komandasının oyunçuları pley-off-da "Qarabağ"la cavab matçında rəqib oyunçunun əllə vurduğu qolu görüb. Nə yaxşı ki, azərbaycanlı baş məşqçinin dürüstlüyü onun xeyrinə oldu”. 

Xatırladaq ki, “Qarabağ” UEFA Konfrans Liqasının 1/8 finalı çərçivəsində hər iki görüşdə “Marsel”ə məğlub olaraq (1-3, 0-3) mübarizəni dayandırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO