"Qarabağ" Konfrans Liqasında mübarizəni dayandırdı - VİDEO/YENİLƏNİB

Hazırda oxunan: "Qarabağ" Konfrans Liqasında mübarizəni dayandırdı - VİDEO/YENİLƏNİB

61776

Ötən həftə Fransada rəqibinə 1:3 hesabı ilə uduzan Ağdam klubu bu dəfə 0:3 hesabı ilə məğlub olub. 

Avrokuboklarda qrup mərhələsindən çıxan ilk Azərbaycan klubu kimi tarix yazan "Qarabağ"  bu matçdan sonra Konfrans Liqasında mübarizəni dayandırıb.

Qol: Qeye, 12, Genduzi, 77, Delafonte, 90+2

*** 23:30

"Mersel"in futbolçusu Matteo Genduzi 77-ci dəqiqədə hesabı 0:2 edib.

*** 22:29

Baş məşqçisi Qurban Qurbanov rəqib futbolçuların hakimə İbrahima Vadjinin qolu əllə vurmasını deməsindən sonra onu yanına çağırıb.

O, futbolçusuna qolu əllə vurub vurmadığını soruşub. İ.Vadji əl ilə fərqləndiyini etiraf edib. Qurban Qurbanov ona bunu hakimə deməsini bildirib. Nəticədə qol qeydə alınmayıb.

*** 22:21 

"Qarabağ"ın futbolçusu İbrahima Vadji 35-ci dəqiqədə hesabı bərabərləşdirib.

*** 21:59

Matçın 12-ci dəqiqəsində Qeye "Marsel"i hesabda önə çıxarıb.

*** 21:52

UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda "Qarabağ" -"Marsel" cavab matçı başlayıb.

Bizim.Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 21:45-də start götürüb.

Qeyd edək ki, Fransadakı ilk oyunda Azərbaycan təmsilçisi 1:3 hesabı ilə uduzub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO