Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəldi

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəldi

Hazırda oxunan: Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəldi

60785

Azərbaycan cüdoçusu Hidayət Heydərov İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqədə finala yüksəlib.

Bizim.Media xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində Oron Ginerə (İsrail) qalib gəlib.

25 yaşlı idmançı 1/4 finalda İqor Vandtkeni (Almaniya), yarımfinalda isə Tohar Butbulu cərimə xalları hesabına məğlubiyyətə uğradıb.

Heydərov finalda Obidkhon Nomonovla (Özbəkistan) üz-üzə gələcək.

Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Azərbaycan təmsilçilərindən 66 kq-da Yaşar Nəcəfov gümüş medal qazanıb. 60 kq-da Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO