Bu gün Misli Premyer Liqasında 27-ci tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, son oyunda “Turan Tovuz” “Sumqayıt”ı qəbul edib.
Bu görüşü Kamranbəy Rəhimov idarə edib. Üç qolluq oyunda meydan sahibləri qələbə qazanıblar.
Bu turun “Şamaxı” – “Qarabağ” (0:0) və “Sabah” – “Zirə” (2:2) matçlarında qalib müəyyənləşməyib, “Karvan-Yevlax” “Kəpəz”ə (4:1), “Neftçi” “Araz-Naxçıvan”a (2:1) qalib gəlib.
“Qəbələ” isə “İmişli”yə uduzub – 0:1.
Misli Premyer Liqası
27-ci tur
12 aprel
“Turan Tovuz” – “Sumqayıt” 2:1
Qollar: Filip Ozobiç, 9. Joarlem Santos, 50 – Rayan Senhadji, 64.
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Kamran Əliyev.
Tovuz şəhər stadionu, 18:00.
Turan Tovuz: 1. Oleq Baklov, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 90. Joarlem Santos, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 2. Mark Rene Mampassi.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 6. Fərid Yusifli, 99. İbrahima Vadji, 9. Coş Cinnelli.
Baş məşqçi: Kurban Berdıyev.
Sumqayıt: 1. Mehdi Cənnətov (k), 3. Höccət Haqverdi, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 9. Aleksandr Ramalinqom, 72. Rayan Senhadji, 33. Danilo Beskorovaynı, 23. Ronaldo Vaskes, 71. Masaki Murata, 95. Nsana Simon, 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev, 8. Səbuhi Abdullazadə, 24. Sənan Muradlı, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 6. Sedrik Badolo, 25. Abdul Raşid Mumini.
Baş məşqçi: Saşa İliç.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
20:39 / 12.04.2026
“Turan Tovuz” “Sumqayıt”a qalib gəldi - VİDEO
Hazırda oxunan: “Turan Tovuz” “Sumqayıt”a qalib gəldi - VİDEO
Hazırda oxunan: “Turan Tovuz” “Sumqayıt”a qalib gəldi - VİDEO
606698
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































