I Liqada çempionluğa yaxın olan "Şəfa" Premyer Liqanın hazırlıqlarına başlayıb.
Bizim.Media xəbər verir ki, növbəti mövsümdən etibarən elitada mübarizə aparması gözlənilən paytaxt təmsilçisi transfer çalışmalarına start verib.
"Ağ-göylər" Rahil Məmmədova təklif göndərib. Hazırda "Araz-Naxçıvan"ın formasını geyinən müdafiəçi onlarla danışıqlara gedib.
Millinin də formasını geyinən arxa xətt oyunçusu "Şəfa"dan aylıq 20 min manat əməkhaqqı istəyib.
"Neftçi"nin yetirməsi bildirib ki, ona tezliklə cavab versinlər, çünki ona digər klublardan da dəvət gəlib.
Məmmədov Muxtar Respublika komandasına cari mövsümün əvvəlində qoşulub. Bura Polşadan - “Radomyak”dan gələn Rahilin məvacibi 17 min manat civarındadır.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
01:27 / 11.04.2026
“Şəfa” millinin üzvü ilə danışıqlara başladı
Hazırda oxunan: “Şəfa” millinin üzvü ilə danışıqlara başladı
Hazırda oxunan: “Şəfa” millinin üzvü ilə danışıqlara başladı
606443
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































