"Qarabağ" "Karvan-Yevlax"ı sınağa ÇƏKƏCƏK

"Qarabağ" "Karvan-Yevlax"ı sınağa ÇƏKƏCƏK

Hazırda oxunan: "Qarabağ" "Karvan-Yevlax"ı sınağa ÇƏKƏCƏK

605319

Misli Premyer Liqasında XXVI turun daha iki oyunu bu gün keçiriləcək.

Bizim.Media xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək.

Qarşılaşma Quba Olimpiya İdman Kompleksinin stadionunda, saat 15:00-da start götürəcək. Tovuz təmsilçisi 48 xalla üçüncü pillədə qərarlaşıb. "İmişli" 22 xalla doqquzuncudur.

Günün ikinci matçında "Qarabağ" "Karvan-Yevlax"la üz-üzə gələcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:00-da başlayacaq.
 

Çempionluq iddiasını davam etdirən Ağdam klubu 52 xalla ikincidir. Yevlaxlılar 8 xalla sonuncu - 12-ci sırada yer alıb.


Xatırladaq ki, tura aprelin 7-də yekun vurulacaq. Ötən gün "Qəbələ" səfərdə "Kəpəz"i (2:0), "Neftçi" "Sumqayıt"ı (3:1) məğlub edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO