Əslində, heç biri orada deyilmiş... - VİDEO

Əslində, heç biri orada deyilmiş... - VİDEO

Hazırda oxunan: Əslində, heç biri orada deyilmiş... - VİDEO

605158

Dünyaca məşhur oyuncaq brendi LEGO-nun yeni reklam kampaniyasında Kriştiano Ronaldo, Lionel Messi, Kilian Mbappe və Vinisius-kiçik bir araya gətirilib.

Bizim.Media xəbər verir ki, reklam yayımlandığı andan sosial mediada milyonlarla baxış sayı toplayaraq geniş maraq oyadıb.

Lakin reklamın arxa planı üzə çıxan zaman izləyicilər təəccüblənib. Məlum olub ki, videoda görünən futbolçular, əslində, çəkilişdə iştirak etməyib, onların rollarını dublyorlar yerinə yetirib.

Bu detala görə kampaniya sosial mediada yeni müzakirələrə səbəb olub. Ulduz futbolçuların görüntüləri ikili hərəkətlər və xüsusi montaj vasitəsilə yaradılıb, amma bununla belə reklam böyük maraq və bəyənmə toplayıb.

Reklamın sosial media yayımları üçün futbolçulara ödənilən məbləğlər də məlum olub.

Belə ki, Kriştiano Ronaldo bu reklamı yayımlamaqla 3,430,000 dollar, Lionel Messi 2,590,000 dollar, Kilian Mbappe 852,000 dollar, Vinisius-kiçik isə 325 000 dollar qazanıb.

Kampaniya nəticəsində Ronaldo, Mbappe, Vinisius və FIFA reklamı birlikdə paylaşaraq 13 milyon bəyənmə əldə edib, Messi isə tək paylaşım ilə 19 milyon bəyənmə toplayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO