Cüdoçularımız Avropa Kubokunun ilk günündə 13 medal qazandı - FOTO

Cüdoçularımız Avropa Kubokunun ilk günündə 13 medal qazandı - FOTO

Hazırda oxunan: Cüdoçularımız Avropa Kubokunun ilk günündə 13 medal qazandı - FOTO

605157

Gəncədə cüdo üzrə yeniyetmələr arasında keçirilən Avropa Kubokunun ilk günü başa çatıb.

Bizim.Media xəbər verir ki, ilk gündə oğlanlar 50, 55, 60, 66 kiloqram, qızlar 40, 44, 48 və 52 kiloqram çəki dərəcələrində mübarizə aparıblar.

Azərbaycan təmsilçiləri 1-i qızıl, 4-ü gümüş, 8-i bürünc olmaqla, ümumilikdə 13 medal qazanıblar.

Rza Xəlilov (55 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda məğlub olan İbrahim Talıbov, (55 kiloqram), Fərid Rzazadə (50 kiloqram), Fatimə Fərmanzadə (48 kiloqram), İlkin Qarayev (66 kiloqram) ikinci yeri tutublar.

Fərid Xudiyev (55 kiloqram), Mehman Əsgərov (60 kiloqram), Sənan Piriyev (66 kiloqram), Sunay Salamova (40 kiloqram), Fatimə Abdullayeva (44 kiloqram), Könül Eyvazlı (48 kiloqram), Zəhra Mövlamverdiyeva ilə Nərgiz Ağamirzəzadə (hər ikisi 52 kiloqram) isə bürünc medala sahib çıxıblar.

Qeyd edək ki, Gəncə İdman Sarayında təşkil olunan beynəlxalq yarışda 10 ölkənin 269 cüdoçusu (180 oğlan, 89 qız) iştirak edir.

Avropa Kubokuna aprelin 5-də yekun vurulacaq.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO