SOCAR Ukraynada daha bir sosial layihəyə dəstək verib.
Bizim.Media xəbər verir ki, “SOCAR Ukraine” Ukrayna ampfutbol çempionatının maliyyə tərəfdaşı kimi çıxış edir.
Bu gün çempionatın rəsmi açılış mərasimi keçirilib. Çempionatın açılış mərasimində çıxış edənlər müharibə dönəmində SOCAR-ın Ukraynada bu cür layihələrə dəstək verməsinin əhəmiyyətindən danışıblar.
Qeyd edilib ki, Azərbaycan dövləti müharibə başlayandan bəri Ukraynaya humanitar və sosial yardımlarını davam etdirir. SOCAR-ın Ukrayna ampfutbol çempionatının maliyyə tərəfdaşı kimi çıxış etməsi bu siyasətin tərkib hissəsidir.
Sonra "Güclülər Liqası" sosial layihəsi çərçivəsində ikinci Ukrayna ampfutbol çempionatının birinci turu başlayıb. Yarışda ölkə daxilindən 18 komanda iştirak edir və iki divizionda - Super Liqa və Birinci Liqada beş turda mübarizə aparır.
Qeyd edək ki, Ukrayna ampfutbol çempionatı səkkiz şəhərdə - Kiyev, Xmelnitski, Lutsk, Çernovtsi, Lvov, Rovno, İvano-Frankovsk və Jitomirdə keçiriləcək. Mövsüm ərzində ümumi oyun sayı 150-ni keçəcək.









Bizim.Media































































































