Qapıçı öz yerindən rəqib qapıya qol vurdu - VİDEO

Qapıçı öz yerindən rəqib qapıya qol vurdu - VİDEO

Hazırda oxunan: Qapıçı öz yerindən rəqib qapıya qol vurdu - VİDEO

605133

Türkiyədə maraqlı futbol hadisəsi yaşanıb.

Bizim.Media xəbər verir ki, “Kasımpaşa”nın qapıçısı Andreas Yanniotis uzaq məsafədən vurduğu qolla diqqət mərkəzinə düşüb.

Super Liqanın 28-ci turunda “Kasımpaşa” doğma meydanda “Kayserispor” üzərində 2:0 hesablı qələbə qazanıb.
 

Görüşün 66-cı dəqiqəsində cərimə zərbəsindən sonra topu qəbul edən Yanniotis uzun məsafədən güclü zərbə ilə topu rəqib qapısına göndərib. Rəqib qapıçının səhvi isə bu qeyri-adi qolun qeydə alınmasına şərait yaradıb.



Beləliklə, 33 yaşlı yunan qolkiper “Kasımpaşa” karyerasında ilk qolunu vuraraq, komandasının qələbəsində mühüm rol oynayıb. Bu nəticə İstanbul təmsilçisi üçün liqada qalmaq mübarizəsində vacib addım kimi qiymətləndirilir.

Qeyd edək ki, Yanniotis 2023-cü ildən etibarən “Kasımpaşa”nın formasını geyinir və bu müddətdə komandanın əsas qapıçılarından biri olub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO