Azərbaycan Basketbol Liqası: Pley-in mərhələsində daha iki görüş keçiriləcək

Azərbaycan Basketbol Liqası: Pley-in mərhələsində daha iki görüş keçiriləcək

Hazırda oxunan: Azərbaycan Basketbol Liqası: Pley-in mərhələsində daha iki görüş keçiriləcək

605037

Bu gün Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin daha iki oyunu baş tutacaq.

Bizim.Media xəbər verir ki, oyun gününə “Gəncə” ilə “Lənkəran” arasında keçiriləcək qarşılaşma ilə start veriləcək.

Görüş Gəncə Olimpiya İdman Kompleksində saat 14:00-da başlayacaq.
 

Günün son matçında isə NTD “Sumqayıt”la qarşılaşacaq. Bu görüş Bakı İdman Sarayında saat 16:00-da start götürəcək.


Qeyd edək ki, ötən gün baş tutan matçlarda “Naxçıvan” “Sərhədçi”ni (98:87), “Şəki” “Quba”nı (101:89) üstələyib. Komandalar arasında ikinci oyunlar aprelin 6-7-də keçiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO