İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi

İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi

Hazırda oxunan: İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi

604724

İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina bu gün keçirilən fövqəladə iclas zamanı istefa verib.

Bizim.Media xəbər verir ki, bu qərar milli komandanın növbəti uğursuzluğundan sonra qəbul olunub.

İtaliya yığması dünya çempionatına vəsiqə qazana bilməyib. Komanda pley-off finalında Bosniya və Herseqovina yığmasına penaltilər seriyasında uduzub.
 

Beləliklə, “Skuadra Adzurra” ardıcıl üçüncü dəfə mundialdan kənarda qalacaq. Bu nəticə İtaliya futbolunu köklü dəyişikliklərə hazırlaşmağa məcbur edir. Mənbələrin məlumatına görə, Qravinanın istefası yalnız tam yenilənmə prosesinin ilk addımıdır.


Qabriele Qravina 2018-ci ilin oktyabrından etibarən İtaliya futboluna rəhbərlik edirdi. Onun dövrü Avro-2020-dəki zəfərlə yadda qalsa da, bu uğur 2022 və 2026 Dünya çempionatlarının seçmə mərhələlərindəki uğursuzluqlarla kölgədə qalıb. Onun rəhbərliyi dövründə milli komandaya Luçano Spalletti və Cennaro Qattuzo başçılıq edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO