Tofiq Musayevin döyüşü tarixə DÜŞDÜ

Tofiq Musayevin döyüşü tarixə DÜŞDÜ

Hazırda oxunan: Tofiq Musayevin döyüşü tarixə DÜŞDÜ

604502

Dünyanın ən böyük MMA platforması olan UFC-də azərbaycanlı döyüşçü Tofiq Musayevin sonuncu rinq sınağı yenidən diqqət mərkəzinə düşüb.

Bizim.Media xəbər verir ki, təmsilçimiz ilə çilili rəqibi İqnasio Baxamondes arasında keçirilən və gərginliyi ilə yadda qalan unudulmaz duel rəsmi qaydada mart ayının ən yaxşı döyüşü adını qazanıb.
 

"UFC Fight Night 271" turnirində baş tutan və azərbaycanlı idmançının parlaq qələbəsi ilə başa çatan bu amansız qarşılaşma həm idmansevərlər, həm də MMA ekspertləri tərəfindən ayın ən möhtəşəm hadisəsi kimi dəyərləndirilib.


Xatırladaq ki, oktaqonda sərgilədikləri yüksək performansa görə hər iki döyüşçü "Gecənin döyüşü" xüsusi bonusuna sahib çıxaraq, hərəyə 100 min dollar məbləğində pul mükafatı əldə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO