Azərbaycan millisinin futbolçusu Səbuhi Abdullazadə yayda “Sumqayıt”dan ayrıla bilər.
Bizim.Media xəbər verir ki, yarımmüdafiəçi iddialı komandada oynamaq arzusundadır.
“Kimyaçılar”ın yetirməsi bu mövsümün əvvəlində “Neftçi” və “Zirə”dən təklif almasına baxmayaraq, “Sumqayıt”da qalmışdı. Kapitan artıq dəyişiklik vaxtının olduğunu düşünür.
Qeyd edək ki, Səbuhi bu mövsüm 27 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Sumqayıt”la müqaviləsi 2027-ci ilin yayına kimidir.
Bizim.Media





























































































