Vaqif Cavadova vəzifə verildi

Vaqif Cavadova vəzifə verildi

Hazırda oxunan: Vaqif Cavadova vəzifə verildi

604385

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçilər heyətində yeni təyinat həyata keçirilib.

Bizim.Media xəbər verir ki, qərara əsasən, Vaqif Cavadov U-20-nin köməkçi məşqçisi vəzifəsinə təyin olunub.
 

Qeyd edək ki, futbolçu karyerası ərzində ölkəmizdə "Qarabağ", "Bakı", "Keşlə" (hazırkı "Şamaxı"), "Xəzər Lənkəran", "Qəbələ", "Sumqayıt", AZAL kimi klublarda çıxış etmiş Vaqif Cavadov Niderlandda "Tvente", Rusiyada "Volqa", Türkiyədə "Qaziantep BB" və "Boluspor"un heyətində legioner həyatı yaşayıb. O, 2006-2014-cü illər ərzində Azərbaycan millisinin heyətində 58 oyun keçirib, 9 qol vurub.


2020-ci ildə məşqçiliyə başlayan Vaqif Cavadov "Sumqayıt"da və qısa müddət Qazaxıstanın "Turan" klubunda fəaliyyət göstərib.

Məşqçiliyə "Sumqayıt"ın U-19 komandasında köməkçi kimi başlayan mütəxəssis daha sonra "Sumqayıt-2"də baş məşqçi kimi çalışıb. O, 2024/2025-ci illər mövsümünün ikinci yarısında "Sumqayıt"ın əsas komandasının baş məşqçisi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO