Azərbaycan Basketbol Liqasında (ABL) müntəzəm mövsüm yekunlaşıb.
Bizim.Media ki, 28-31 mart tarixlərində Azərbaycan Basketbol Liqasında (ABL) müntəzəm mövsümün sonuncu, 20-ci turunun oyunları baş tutub.
A və B qruplarında keçirilmiş oyunlarda aşağıdakı hesablar qeydə alınıb:
A qrupu
“Şəki” – “Gəncə” (73:84)
“Neftçi” - NTD (93:83)
“Sabah” – “Abşeron Lions” (105:72)
B qrupu
“Quba” – “Naxçıvan” (96:103)
“Sərhədçi” – “Sumqayıt” (93:89)
“Ordu” – “Lənkəran” (107:65)
Qeyd edək ki, reqlamentə əsasən müntəzəm çempionatı A qrupunda ilk üç sırada bitirmiş “Sabah”, “Abşeron Lions”, “Neftçi” klubları və B qrupunun birincisi “Ordu” klubu birbaşa olaraq play-off'a (1/4 final) vəsiqəni təmin ediblər.
1/8 final mərhələsində isə, “Naxçıvan” – “Sərhədçi”, “Gəncə” – “Lənkəran”, “Quba” – “Şəki”, “Sumqayıt” - NTD oyunları baş tutacaq. 1/8 final seriyalarında ən tez iki qələbə qazanmış komandalar 1/4 finala vəsiqə qazanacaqlar. Oyunlar aprel ayında start götürəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media






























































































