Klub borcları ödəmədi, transfer qadağası ilə ÜZLƏŞDİ

Klub borcları ödəmədi, transfer qadağası ilə ÜZLƏŞDİ

Hazırda oxunan: Klub borcları ödəmədi, transfer qadağası ilə ÜZLƏŞDİ

604288

Portuqaliyanın “Leyriya” klubu transfer qadağası ilə üzləşib.

Bizim.Media xəbər verir ki, “Record” nəşrinin məlumatına görə, klub FİFA tərəfindən cəzalandırılıb.
 

Sanksiyanın səbəbi futbolçuların transfer haqlarının ödənişində gecikmələr və digər klublara olan borclardır. Martın 19-dan qüvvəyə minən qadağa əsas komandaya şamil olunur.


Bildirilir ki, borclar ödəniləcəyi halda cəza dərhal aradan qaldırıla bilər.

Qeyd edək ki, bu, son müddətdə klubun üzləşdiyi ikinci belə sanksiyadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO