Salah A Seriyasına qayıda bilər

Salah A Seriyasına qayıda bilər

Hazırda oxunan: Salah A Seriyasına qayıda bilər

603816

Məhəmməd Salah 2025/2026 mövsümünün sonunda İtaliya A Seriyasına qayıda bilər.

Bizim.Media xəbər verir ki, "La Gazzetta dello Sport" nəşrinin yaydığı məlumata görə, 33 yaşlı futbolçu sabiq klubu "Roma"ya qayıtmaq variantını nəzərdən keçirir.

Bu keçid üçün əsas maneə isə maliyyə məsələsi ola bilər. Salah hazırda ildə 12 milyon avro maaş alsa da, Roma təmsilçisində maaş sərhədi 4 milyon avro civarındadır.

Buna baxmayaraq misirli forvardın bir mövsümlük müqavilə ilə "canavarlar"ın heyətinə qoşulmaq ehtimalı var.

Xatırladaq ki, Məhəmməd Salah 2015-2017-ci illərdə "Roma"da çıxış edərək 83 oyunda 34 qol vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO