Nüfuzlu "The Athletic" nəşrinin mütəxəssisləri dünya futbolunun ən çox qiymətləndirilməyən oyunçularının siyahısını hazırlayıblar.
Bizim.Media xəbər verir ki, siyahıda ümumilikdə 18 futbolçunun adı yer alıb.
Mütəxəssislərin fikrincə, bu oyunçular göstərdikləri performansla müqayisədə layiq olduqları diqqəti görmürlər.
Siyahının ilk pilləsində "Real"ın yarımmüdafiəçisi Federiko Valverde qərarlaşıb. Ondan sonra müvafiq olaraq Harri Maquayr ("Mançester Yunayted") və Bernardu Silva ("Mançester Siti") gəlirlər.
Siyahıda həmçinin Harri Keyn, Maykl Olise (hər ikisi "Bavariya"), Joau Neveş (PSJ), Viktor Osimhen ("Qalatasaray") və Yurrien Timberin ("Arsenal") də adları var. Siyahının sonunda isə "Mançester Siti"nin müdafiəçisi Abdukodir Xusanov yer alıb.
Qeyd edək ki, "Bavariya" 3 futbolçu ilə siyahıda ən çox təmsil olunan klubdur.
Bizim.Media

































































































