Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsi start götürür

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsi start götürür

Hazırda oxunan: Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsi start götürür

60196

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək. Hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Gecənin ən maraqlı matçı Fransada PSJ və İspaniya "Real Madrid"i arasında olacaq. "Park-de-Prens" stadionunda oynanılacaq görüşü italiyalı FIFA referisi Daniele Orsato idarə edəcək.

Meydan sahiblərinin heyətində zədəli Serxio Ramos sabiq klubuna qarşı oynamayacaq. Ander Erreranın isə meydana çıxıb-çıxmayacağı dəqiq bilinmir. "Kral klubu"nda isə Kərim Benzemanın həmyerlilərinə qarşı matçda forma geyinib-geyinməyəcəyi sual altındadır.

Gecənin digər oyununda İngiltərənin "Mançester Siti" klubu Portuqaliyada "Sportinq"in qonağı olacaq. Görüşün baş hakimi serbiyalı Srcan Yovanoviç olacaq.

Lissabon təmsilçisindən Pedru Qonsalveşin, "şəhərlilər"dən isə Cek Qriliş, Koul Palmyer və Qabriel Jezusun oynayıb-oynamayacağı bəlli deyil. Qonaqlarda Kayl Uoker isə cəza səbəbindən matçı buraxacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları fevralın 16-sı, 22-si və 23-də baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO