Qadın futbolçulara mesaj göndərdi - İşdən qovuldu

Qadın futbolçulara mesaj göndərdi - İşdən qovuldu

Hazırda oxunan: Qadın futbolçulara mesaj göndərdi - İşdən qovuldu

601660

Lüksemburqun qadınlardan ibarət futbol millisinin baş məşqçisi Daniel Santos vəzifəsindən uzaqlaşdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Lüksemburq Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Mütəxəssisin istefasına səbəb futbolçu qızlara uyğunsuz xarakterli mesajlar göndərməsi ilə bağlı ittihamlar olub. Bildirilir ki, bir neçə oyunçu məşqçi barədə federasiyaya şikayət edib.

Federasiyanın açıqlamasında deyilir:

“Belə davranış etik dəyərlərə və hörmət prinsiplərinə ziddir. Bu ittihamlar bizə məlum olan kimi dərhal oyunçuların qorunması və idman mühitinin bütövlüyünün saxlanılması üçün tədbirlər gördük. Toplanan ifadələr və oyunçuların məşqçiyə olan açıq etimadsızlığı əməkdaşlığın davamını mümkünsüz etdi”.

Qeyd edək ki, 44 yaşlı Santos 2020-ci ilin avqustundan etibarən Lüksemburq qadın millisinin baş məşqçisi idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO