\

\"Qarabağ\"dan azarkeşlərinə MÜRACİƏT 

Hazırda oxunan: \"Qarabağ\"dan azarkeşlərinə MÜRACİƏT 

60127

Fransada "Marsel" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda qonaq komandanın azarkeşləri üçün nəzərdə tutulmuş biletlər matç günü satışa çıxarılacaq. 

Bizim.Media Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı tribunadan izləmək istəyən fanatlar biletləri 17:00-dan 20:30-dək görüşün oynanılacağı "Velodrom" arenasında ayrılacaq kassadan ala bilərlər. Biletlərin qiyməti 20 avrodur. “Qarabağ” azarkeşləri üçün stadiona giriş 20-ci qapıdan olacaq. 

Bildirilib ki, stadiona avtomobillə gələcək tamaşaçılar P3 parkinqindən istifadə edə bilərlər. Avtomobil üçün yerlərin sayı məhduddur (22 yer). 

Qeyd edək ki, fevralın 17-də keçiriləcək “Marsel” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO