"Neftçi" "Turan Tovuz"a məğlub oldu - FOTO/VİDEO

"Neftçi" "Turan Tovuz"a məğlub oldu - FOTO/VİDEO

Hazırda oxunan: "Neftçi" "Turan Tovuz"a məğlub oldu - FOTO/VİDEO

600610

Futbol üzrə Misli Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

Bizim.Media  xəbər verir ki, günün son matçında "Neftçi" evdə "Turan Tovuz"la üz-üzə gəlib.

Görüş Tovuz klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bölgə təmsilçisi 44 xalla üçüncü pillədə qərarlaşıb. "Ağ-qaralar" isə 31 xalla 7-ci yerdədir.
 

Günün ilk oyununda “Zirə” öz meydanında “Kəpəz”i qəbul edib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.


XXIII turun əvvəlki oyunlarında "Sumqayıt" səfərdə "Karvan-Yevlax"la 1:1, "İmişli" "Şamaxı" ilə 0:0 hesablı heç-heçə edib, “Qarabağ” isə doğma meydanda “Araz-Naxçıvan”a 6 cavabsız qolla qalib gəlib. Tura martın 10-da yekun vurulacaq.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO