Braziliyanın Minaş-Jerais ştat çempionatının final oyunu böyük qalmaqalla başa çatıb.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, qarşılaşmada “Kruzeyro” və “Atletiko Mineyro” komandaları üz-üzə gəlib.
İkinci hissənin son saniyələrində meydanda mübahisə yaranıb və final fitindən sonra bu, kütləvi davaya çevrilib.
Davanın nəticəsində 23 futbolçu qırmızı vərəqə alıb. Onların hamısı davada iştirak etdiklərinə görə meydandan kənarlaşdırılıb.
Qeyd edək ki, oyun “Kruzeyro”nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Davaya baxmayaraq oyundan sonra kubokun təqdimetmə mərasimi planlaşdırıldığı kimi keçirilib.
Bizim.Media




























































































