Misli Premyer Liqasının XXIII turunda "Kəpəz" səfərdə "Zirə" ilə bərabərə qalıb.
Bizim.Media xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
"Zirə"nin qollarını Eren Aydın (5) və Ruan Renato (90+6) vurublar. Qonaqların heyətində isə Rauf Hüseynli (32) və Dioqo Verdaska (51) fərqləniblər.
Bu turdan sonra "Zirə" 39 xalla dördüncüdür. 17 xala malik "Kəpəz" isə onuncudur.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Sumqayıt" "Karvan-Yevlax"la (1:1), "Şamaxı" "İmişli" (0:0) ilə bərabərə qalıb. "Qarabağ" isə "Araz-Naxçıvan"ı 6:0 hesabı ilə məğlub edib.
Bizim.Media

- A-
- A
- A+
İdman
21:16 / 09.03.2026
"Kəpəz" "Zirə" səfərindən xal qazandı - VİDEO
Hazırda oxunan: "Kəpəz" "Zirə" səfərindən xal qazandı - VİDEO
Hazırda oxunan: "Kəpəz" "Zirə" səfərindən xal qazandı - VİDEO
600585
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































