Ermənilər Marseldə “Qarabağ”a qarşı təxribat hazırlayır? – UEFA-ya XƏBƏRDARLIQ göndərildi 

Ermənilər Marseldə “Qarabağ”a qarşı təxribat hazırlayır? – UEFA-ya XƏBƏRDARLIQ göndərildi 

Hazırda oxunan: Ermənilər Marseldə “Qarabağ”a qarşı təxribat hazırlayır? – UEFA-ya XƏBƏRDARLIQ göndərildi 

60055

Xəbər verdiyimiz kimi, Avrokuboklardakı yeganə təmsilçimiz Ağdamın “Qarabağ” klubu fevralın 18-də Konfrans Liqasının 1/16 final mərhələsi çərçivəsində Fransanın “Marsel” klubu ilə qarşılacaq. 

Görüşdən öncə, komandadakı ab-havanı öyrənmək üçün “Qarabağ” klubu ilə əlaqə saxladıq.

Klubun mətbuat katibi Gündüz Abbaszadə Bizim.Media-ya verdiyi açıqlamasında klubun çətin səfər maçı öncəsi hazrılıq prosesi ilə bağlı məlumat verib:

“Ab-hava əladır. Bu gün Bakıda son günümüzdür. Komanda sabah Marselə yola düşəcək. Səhər məşqimizi Bakıda keçirdikdən sonra Bakı vaxtilə saat 4-də Marselə yola düşürük”.

- Marsel Fransada ermənilərin ən sıx məskunlaşdığı şəhər hesab olunur. Bu səbəbdən hər hansı təxribat və provokasiya cəhdlərinin olması ehtimalı böyükdür. Komandada bununla bağlı hər hansı xüsusi hazırlıq görülübmü?

“Bu birinci dəfə olmayacaq. “Qarabağ”ın oyunlarında bundan əvvəl də dəfələrlə təxribat cəhdləri olub. Məhz “Qarabağ”ın özəlliyi, gözəlliyi də bundadır ki, bütün bu təxribatlara sinə gərib və provokasiyaların bu günə qədər klub üzərində hər hansı psixoloji təsiri olmayıb. Biz bilirik ki, təxribat ola bilər. Təkcə söhbət Marseldən getmir, bütün Avropada keçirilən oyunlarda cəhdlər dəfələrlə olub. Bu baxımdan hər hansı problem görmürəm”.
 

MÖVZU İLƏ BAĞLI:

"Qarabağ"ın futbolçusu "Marsel"lə ilk oyunu buraxacaq


Gündüz Abbaszadə mümkün provokasiya ehtimalı ilə bağlı UEFA-ya və “Marsel”ə müraciət olunduğunu da diqqətə çatdırıb:

“Ümid edək ki, təhlükəsizlik yüskək səviyyədə təmin olunacaq. Çünki burada cavabdehlik daşıyan tərəf məhz meydan sahibi “Marsel” klubudur. Əgər hər hansı bir təxribat cəhdi olarsa, onun qarşısını dərhal almağa çalışacağıq”.

Qeyd edək ki, “Marsel” – “Qarabağ” maçı Bakı vaxtı ilə 00:00-da start götürəcək. Cavab görüşü isə, fevralın 24-də Bakıda baş tutacaq.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO