Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku başa çatıb.
Bizim.Media xəbər verir ki, Milli Gimnastika Arenasında 4 gün davam edən turnirdə 30-dan çox ölkədən idmançı qüvvəsini sınayıb.
Kubokda Azərbaycanı kişilər arasında Nikita Simonov, Aydın Əlizadə və Rəsul Əhmədzadə, qadınlar arasında isə Dəniz Əliyeva və Nazənin Teymurova təmsil ediblər.
Yarışın ilk iki günü təsnifat mərhələsinə, son iki günü isə final çıxışlarına həsr olunub.
Təsnifat mərhələsinin nəticələrinə əsasən Nikita Simonov, Dəniz Əliyeva və Aydın Əlizadə final mərhələsinə vəsiqə qazanıblar.
Finallarda gimnastlarımız ilk üçlükdə yer ala bilməyiblər. Belə ki, Nikita Simonov yarışları 4-cü, Dəniz Əliyeva 6-cı, Aydın Əlizadə isə 8-ci pillədə başa vurub.





Bizim.Media

- A-
- A
- A+
İdman
18:26 / 08.03.2026
Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna yekun vuruldu - FOTO
Hazırda oxunan: Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna yekun vuruldu - FOTO
Hazırda oxunan: Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna yekun vuruldu - FOTO
600381
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































