"Milan"ın baş məşqçisi Massimiliano Alleqri Madrid "Real"ına mümkün təyinatı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, "Football Italia" nəşrinin yaydığı məlumata görə, italyalı mütəxəssis hazırkı klubunda xoşbəxt olduğunu vurğulayıb:
"Milan"la 2027-ci ilə qədər müqaviləm var. Burada özümü yaxşı hiss edirəm və çox xoşbəxtəm. Biz bu yola ötən ilin iyulunda çıxmışıq. Klub gələcək üçün çalışır, lakin hədəfimizə çatana qədər bu günə köklənməliyik".
Xatırladaq ki, daha əvvəl "Corriere dello Sport" nəşri "kral klubu"nun gələn yay italyalı mütəxəssisi gətirmək üçün üçüncü dəfə cəhd edə biləcəyini qeyd edib. Məlumata görə, "Real" rəhbərliyi Alleqrini yüksək qiymətləndirir və 2019, eləcə də 2021-ci illərdə onunla müqavilə imzalamağa çox yaxın olub. Ötən yay "Milan"nı çalışdırmağa başlayan 58 yaşlı mütəxəssisin rəhbərliyi altında komanda hazırda A Seriyasında 27 turdan sonra 57 xalla ikinci pillədə
qərarlaşıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
03:48 / 08.03.2026
Alleqri "Real"ı çalışdıracaq?
Hazırda oxunan: Alleqri "Real"ı çalışdıracaq?
Hazırda oxunan: Alleqri "Real"ı çalışdıracaq?
600257
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































