Fevralın 13-də futbol üzrə Azərbaycan kubokunda dörddəbir final mərhələsinin daha bir cavab görüşü keçirilib.
Bizim.Media xəbər verir ki, "Qəbələ" doğma meydanda "Sumqayıt"la qarşılaşıb.
Oyun 1:1 hesabı ilə yekunlaşıb.
Matçda ilk qolu meydan sahibləri vurublar. Qarşılaşmanın 18-ci dəqiqəsində İsnik Alimi adını tabloya yazdırıb.
Qonaqların bərabərlik qoluna isə yeni transfer edilən Araz Abdullayev imza atıb.
Oyunun 82-ci dəqiqəsində penaltidən fərqlənən 30 yaşlı yarımmüdafiəçi Azərbaycana qayıdışını qolla qeyd edib.
İlk oyunda 1:0 hesablı qələbə qazanmış "Qəbələ" doğma meydandakı heç-heçədən sonra yarımfinala adlayıb.
"Qırmızı-qaralar"ın bu raunddakı rəqibi "Qarabağ" klubu olacaq.
Qeyd edək ki, dörddəbir finalın son matçında "Zirə" klubu "Səbail"in qonağı olacaq. Görüş 18:00-da başlayacaq.
"Qartallar" ilk matçda rəqibini 4:0 hesabı ilə darmadağın edib. Cütün qalibi yarımfinalda "Neftçi"yə rəqib olacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
17:46 / 13.02.2022
Azərbaycan kuboku: “Qəbələ” yarımfinala vəsiqə qazandı
Hazırda oxunan: Azərbaycan kuboku: “Qəbələ” yarımfinala vəsiqə qazandı
Hazırda oxunan: Azərbaycan kuboku: “Qəbələ” yarımfinala vəsiqə qazandı
0:00
0:00
59970
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.