"Tokio-2020" Yay Olimpiya Oyunlarının qalibi Bakıda birinci oldu

Hazırda oxunan: "Tokio-2020" Yay Olimpiya Oyunlarının qalibi Bakıda birinci oldu

59958

Belarus təmsilçisi İvan Litvinoviç Milli Gimnastika Arenasında keçirilən dünya kuboku turnirində kişi batutçuların fərdi yarışında birinci olub.

Bizim.Media xəbər verir ki, ikinci təsnifat mərhələsində "Tokio-2020" Yay Olimpiya Oyunlarının qalibinin çıxışı hakimlər tərəfindən 61,850 xalla qiymətləndirilib.

Digər belaruslu gimnast Andrey Buylov 60,800 xalla gümüş medal qazanıb.

Qazaxıstanlı Danil Mussabayev 58 890 xalla yarışı üçüncü pillədə başa vurub.

Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk beynəlxalq turnirdə dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı iştirak edir.

Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yeni qaydalarına uyğun keçirilir.

Bu gün başa çatacaq yarışın nəticələrinə əsasən, kişilər və qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə qaliblər müəyyənləşəcək.

Bundan əlavə, ənənəvi olaraq AGF Trophy Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO