İngiltərə klubları Murilloya GÖZ DİKDİ

İngiltərə klubları Murilloya GÖZ DİKDİ

Hazırda oxunan: İngiltərə klubları Murilloya GÖZ DİKDİ

598553

"Liverpul" və "Çelsi" "Nottingem Forest"in mərkəz müdafiəçisi Murillo ilə yaxından maraqlanırlar.

Bizim.Media xəbər verir ki, "TeamTalk" nəşrinin yaydığı məlumata görə, hazırda  "Çelsi" bu mübarizənin favoriti hesab olunur.

London klubu son 12 ay ərzində futbolçunun oyununu hərtərəfli şəkildə izləyib. Müdafiə xəttini gücləndirmək üçün ötürmə qabiliyyəti yüksək olan etibarlı müdafiəçi axtaran "zadəganlar" üçün Murillo ideal seçim hesab edilir.
 

"Liverpul" da istedadlı braziliyalını heyətini gücləndirmək üçün ideal namizəd kimi nəzərdən keçirir. Xüsusilə Co Qomes və İbrahima Konatenin gələcəyi ilə bağlı qeyri-müəyyənlik, həmçinin Vircil van Daykın yaşının artması "mersisaydlılar"ı bu transferə sövq edir.


İki əsas namizədlə yanaşı, "Mançester Yunayted", "Arsenal" və "Tottenhem" də vəziyyəti yaxından izləyir. "Qırmızı şeytanlar" mərkəz müdafiəçiləri üçün nadir və dəyərli xüsusiyyət olan sol ayaq bacarığına görə Murillo ilə maraqlanırlar.

Bununla yanaşı, "Bavariya"nın da futbolçu üçün böyük təklif hazırladığı və İngiltərə klublarına ciddi rəqib ola biləcəyi bildirilir.

Qeyd edək ki, braziliyalı müdafiəçi bu mövsüm bütün turnirlərdə 27 matça çıxıb və 2 qol vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO