"Barselona"nın futbolçusu sıradan çıxdı

"Barselona"nın futbolçusu sıradan çıxdı

Hazırda oxunan: "Barselona"nın futbolçusu sıradan çıxdı

598520

"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq zədələnərək sıradan çıxıb.

Bizim.Media xəbər verir ki, "AS" nəşrinin məlumatına görə, niderlandlı futbolçu bud nahiyəsindən zədələnib. Bu səbəbdən De Yonq ən azı bir ay yaşıl meydanlardan kənarda qalacaq.
 

Qeyd edək ki, 2025/2026 mövsümündə Frenki de Yonq 31 matçda meydana çıxıb, 1 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.


Xatırladaq ki, "Barselona" hazırda İspaniya La Liqasının turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi olan "Real"ı bir xal qabaqlayır.

Hans-Diter Flikin komandası növbəti oyununu fevralın 28-də öz meydanında "Vilyarreal"a qarşı keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO