Baş məşqçiyə görə klubdan getməyə HAZIRLAŞIR

Baş məşqçiyə görə klubdan getməyə HAZIRLAŞIR

Hazırda oxunan: Baş məşqçiyə görə klubdan getməyə HAZIRLAŞIR

598364

"Arsenal"ın yarımmüdafiəçisi Martin Edeqor yayda London klubunu tərk edə bilər. 

Bizim.Media xəbər verir ki, "TopSkills Sports UK" nəşrinin məlumatına görə, norveçli ulduzun baş məşqçi Mikel Arteta ilə münasibətləri kəskinləşib. 

Tərəflər arasındakı gərginlik kritik həddə çatıb. 

Futbolçu həm rəhbərlik, həm də məşqçilər heyəti tərəfindən kifayət qədər dəyərləndirilmədiyini düşünür. Xüsusilə son bir neçə ayda ona verilən vədlərin yerinə yetirilməməsi Edeqoru klubdan ayrılmaq qərarına sövq edib.
 

Məlumata görə yarımmüdafiəçiyə "Bavariya" maraq göstərsə də, o, karyerasını "Mançester Yunayted"də davam etdirmək niyyətindədir.


Xatırladaq ki, Martin Edeqor 2021-ci ildə "Real"dan 35 milyon avroya transfer olunub və onun "topçular"la müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Cari mövsümdə 27 matçda meydana çıxan 27 yaşlı oyunçu 1 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO