Türkiyə Superliqasında cari mövsümün yeni transferləri arasında ən məhsuldar oyunçular bəlli olub.
Bizim.Media xəbər verir ki, "Trabzonspor"un hücumçusu Pol Onuaçu həm vurduğu qol sayı, həm də məhsuldarlığı ilə birinci sıraya yüksəlib.
Nigeriyalı forvardın stabil çıxışı klubun hücum xəttinə birbaşa təsir edib. Mövsümün əvvəlində komandaya qoşulan Onuaçu liqada keçirdiyi 20 matçda 17 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Siyahıda digər yeni transferlər də effektivliyi ilə seçilir:
Eldor Şomurodov ("Başakşehir") - 23 matç/16 qol/4 məhsuldar ötürmə
Marko Asensio: ("Fənərbaxça") - 19 matç/11 qol/8 məhsuldar ötürmə
Ernest Muçi: ("Trabzonspor") - 20 matç/10 qol/3 məhsuldar ötürmə
Məhəmməd Bayo: ("Qaziantep") - 18 matç/10 qol/1 məhsuldar ötürmə
Felipe Auqusto: ("Trabzonspor") - 22 matç/10 qol
Viktor Osimhen ("Qalatasaray") - 16 matç/9 qol/3 məhsuldar ötürmə
Orkun Kökçü ("Beşiktaş") - 20 matç/4 qol/7 məhsuldar ötürmə
Bizim.Media

























































































