Flikdən futbolçularına SƏRT CƏZALAR

Flikdən futbolçularına SƏRT CƏZALAR

Hazırda oxunan: Flikdən futbolçularına SƏRT CƏZALAR

598113

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik oyunçularına gecikdikləri üçün külli miqdarda cərimələr tətbiq edib.

Bizim.Media xəbər verib ki, bu haqda sport.es məlumat yayıb.

Kataloniya təmsilçisinin 25 yaşlı hücumçusu Ferran Torres bu yaxınlarda verdiyi müsahibədə məşqçinin tətbiq etdiyi yeni qaydalar barədə danışıb.

Bildirilib ki, futbolçular məşqlərə və komanda görüşlərinə gecikdiklərinə görə ciddi maliyyə cəzaları ilə üzləşirlər.
 

Xüsusilə, kimsə oyun gününə gecikərsə, cərimə 40.000 avrodur. Torresin sözlərinə görə, Kataloniya futbolunun rahat atmosferinə baxmayaraq, Flik sərt yanaşmasını davam etdirir.


Qeyd edək ki, almaniyalı mütəxəssis 2024-cü ilin yayında "Barselona"nın baş məşqçisi təyin olunub. O vaxtdan bəri komanda 99 oyuna çıxıb, 74 qələbə qazanıb, 9 heç-heçə edib və 16 dəfə məğlubiyyətlə üzləşib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO