"Böyük Dəbilqə"də iştirak edəcək Azərbaycan cüdoçuları - SİYAHI

"Böyük Dəbilqə"də iştirak edəcək Azərbaycan cüdoçuları - SİYAHI

Hazırda oxunan: "Böyük Dəbilqə"də iştirak edəcək Azərbaycan cüdoçuları - SİYAHI

597992

Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak edəcək Azərbaycan cüdoçuları müəyyənləşib.

Bizim.Media xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən təşkil olunacaq yarış fevralın 27-dən martın 1-dək baş tutacaq.

Turnirdə kişilərdən ibarət yığma baş məşqçi Riçard Trautman, böyük məşqçilər – Elçin İsmayılov, Robert Kravçik, qadınlardan ibarət milli isə baş məşqçi Amina Abdellatif və məşqçi İmarverdi Məmmədovun başçılığı altında 12 çəki dərəcəsində 19 cüdoçu (12 kişi, 7 qadın) ilə təmsil olunacaq.

Üç gün davam edəcək yarışda 40 ölkədən 380 idmançı (213 kişi, 167 qadın) mübarizə aparacaq.

Dünya Turu seriyasında keçirilən yarışda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Kişilər
60 kq

Əhməd Yusifov
Balabəy Ağayev

66 kq

Nizami İmranov
Turan Bayramov

73 kq

Kamran Süleymanov
Hidayət Heydərov

81 kq

Ömər Rəcəbli

90 kq

Murad Fətiyev

100 kq

Zelim Kotsoyev
Əjdər Bağırov

+100 kq

Camal Qamzatxanov
Kənan Nəsibov

Qadınlar

48 kq

Könül Əliyeva

Şəfəq Həmidova

52 kq

Aydan Vəliyeva
Leyla Əliyeva

63 kq

Fidan Əlizadə

70 kq

Südabə Ağayeva

+78 kq

Madina Kaisinova

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO