Azərbaycanda ilin ilk beynəlxalq yarışı başlayır

Azərbaycanda ilin ilk beynəlxalq yarışı başlayır

Hazırda oxunan: Azərbaycanda ilin ilk beynəlxalq yarışı başlayır

59792

Azərbaycanda beynəlxalq yarışlara bu gün batut gimnastikası üzrə Dünya Kuboku ilə start veriləcək.

Bizim.Media xəbər verir ki, fevralın 12-13-də Milli Gimnastika Arenasında keçiriləcək yarışda 13 ölkədən 63 idmançının iştirakı gözlənilir. 

Dünya kubokuna qatılmaq məqsədilə ölkəmizə səfər edəcək batutçular iki yarış günü ərzində Beynəlxalq Gimnastika Federasiyasının yeni qaydaları əsasında mübarizə aparacaqlar.

Yarışların ilk günü təsnifat mərhələsi, ikinci günü isə kişilər arasında ikinci təsnifat və final mərhələləri (kişilər və qadınlar) keçiriləcək. Qeyd edək ki, qədəm qoyduğumuz yeni Olimpiya dövründə batut gimnastikası üzrə yarışlarda təsnifat mərhələsində 31-dən artıq iştirakçı olduqda ikinci təsnifat mərhələsi keçirilir. Yarışların miqyası və iştirakçıların sayından asılı olaraq ikinci təsnifatda müvafiq olaraq 16 və ya 24 iştirakçı olur.

Azərbaycanı bu yarışda yığma komandanın üzvü Selcan Mahsudova təmsil edəcək.
Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku Bakıda artıq beşinci dəfədir ki, təşkil olunur.

Budəfəki Dünya kubokunun iştirakçıları arasında Belarus təmsilçiləri, Rio-2016 Yay Olimpiya Oyunlarının qızıl medalçısı, ikiqat Avropa çempionu, Avropa Oyunlarının qalibi, dünya çempionu Vladislav Qonçarov, Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi İvan Litvinoviç, 5 qat dünya və 5 qat Avropa çempionu Oleq Ryabtsov, Rusiya təmsilçisi, dünya çempionatının gümüş mükafatçısı (2021-ci il), Avropa çempionu (2021-ci il) Yana Lebedeva, İsveç təmsilçisi, üç qat dünya və Avropa çempionu Lina Sjoberq, Avstriya təmsilçisi, yeniyetmələr arasında Olimpiya Oyunlarının bürünc mükafatçısı Benni Vizani, Gürcüstan təmsilçisi, Avropa Oyunlarının gümüş mükafatçısı Qolovina Lyuba də yer alıblar.

Qeyd edək ki, yarış İdman TV kanalı vasitəsilə canlı yayımlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO