"Partizan" baş məşqçisi Nenad Stoyakoviçilə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Mütəxəssis Serbiya Superliqasının 24-cü turunda "Srvena Zvezda"ya məğlubiyyətdən (0:3) sonra istefaya göndərilib.
Komandada baş məşqçi vəzifəsi müvəqqəti olaraq Damir Çakar yerinə yetirəcək.
Qeyd edək ki, "Partizan" hazırda turnir cədvəlində 53 xalla 2-cidir.
Bizim.Media































































































