“Qarabağ”ın legioneri QƏRARINI VERDİ

“Qarabağ”ın legioneri QƏRARINI VERDİ

Hazırda oxunan: “Qarabağ”ın legioneri QƏRARINI VERDİ

597815

"Qarabağ"ın futbolçusu Joni Montiel yeni mövsümə də Azərbaycan Premyer Liqasında oynayacaq.

Bizim.Media xəbər verir ki, ispan futbolçuya "Lex", "Ludoqorets" başda olmaqla Çin və BƏƏ klublarından təklif gəlsə də, qərarını verib.

Montiel yeni mövsümə də "Qarabağ"da başlamaq qərarına gəlib. O, Azərbaycan çempionunun heyətində qalmaq istəyir.
 

Təbii ki, son anda hansısa dəyişiklik baş verməsə, ispan 2026/2027 mövsümünü də "Qarabağ"da keçirəcək. Onu istəyən klublar lazım olan təzminatı ödəməyə hazırdır.


Qeyd edək ki, Montiel “Qarabağ”la 2+2 illik müqavilə imzalayıb. O, Azərbaycana gələnə qədər “Rayo Valyekano”, “Toledo”, “Oviedo”, “Levante”, “Valyadolid”, “Burqos” klublarının formasını geyinib. Onun “Qarabağ”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO