Şəhriyar Məmmədyarov: "Zaman keçdikcə yüksək nəticə əldə etməyim daha da çətinləşir"

Şəhriyar Məmmədyarov: "Zaman keçdikcə yüksək nəticə əldə etməyim daha da çətinləşir"

Hazırda oxunan: Şəhriyar Məmmədyarov: "Zaman keçdikcə yüksək nəticə əldə etməyim daha da çətinləşir"

597724

Şəhriyar Məmmədyarov hesab edir ki, zaman keçdikcə yüksək nəticə əldə etməyi çətinləşir.

Bizim.Media xəbər verir ki, bunu şahmat üzrə Azərbaycan çempionatında ikinci olan Şəhriyar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.

Şahmatçı qeyd edib ki, artıq ikinci ildir finalda uduzur:

"Sözsüz ki, hər yarışda birinci olmaq istəyirik. İllərdir belə davam edir. Artıq ikinci ildir finalda uduzuram. Çətindir, buna görə də peşəkar şahmatçı üçün finala çıxmağın özü də bir uğurdur.
 

Azərbaycan çemiponatını yüksək dəyərləndirirəm. Ötən il 1/4 finalda qalib gəldiyim Məhəmməd Muradlı bu il çempion oldu. Şahmat inkişaf edir, gənclərimiz daha yaxşı oynayırlar.


Zaman onların xeyrinə, mənim kimi şahmatçıların əleyhinə işləyir, yüksək nəticə əldə etməyimiz daha da çətinləşir. Oyun keyfiyyətindən razıyam, nəticədən isə yox". (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO