”Qarabağ”ın ”Nyukasl”la səfər oyununu tanınmış hakim idarə edəcək

”Qarabağ”ın ”Nyukasl”la səfər oyununu tanınmış hakim idarə edəcək

Hazırda oxunan: ”Qarabağ”ın ”Nyukasl”la səfər oyununu tanınmış hakim idarə edəcək

597655

UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə “Nyukasl” və “Qarabağ” komandaları arasında keçiriləcək cavab oyununa təyinatlar açıqlanıb.

Bizim.Media xəbər verir ki, görüşü İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi tanınmış FIFA referisi Davide Massa olacaq.
 

Ona yan xətt hakimləri Filippo Meli və Stefano Alassio kömək edəcəklər. Dördüncü hakim funksiyasını Luka Payretto yerinə yetirəcək.


VAR hakimi Daniele Çiffi, onun köməkçisi almaniyalı Kristian Dinqert olacaq.

Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə “Sent Ceyms Park” stadionunda təşkil olunacaq “Nyukasl” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk matçda İngiltərə klubu 6:1 hesablı qələbə qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO