"Aston Villa"nın hücumçusu Temmi Abraham İngiltərə Premyer Liqasında "Lids"lə ev oyununda komandasına 1:1 hesablı bərabərlik qazandıran qola imza atıb.
Bizim.Media xəbər verir ki, bununla da ingiltərəli forvard 6 illik fasilədən sonra yenidən Premyer Liqada qol sevincini yaşayıb.
Belə ki, futbolçunun Premyer Liqadakı son qolu 2020-ci ilə təsadüf edir. O, həmin vaxt "Çelsi"nin heyətində çıxış edərkən 2020-ci il dekabrın 26-da "Arsenal"ın qapısına yol tapıb (3:1).
Xatırladaq ki, həmin tarixdən sonra Abraham karyerası ərzində "Roma", "Milan" və "Beşiktaş" kimi klublarda oynayıb. Bu qış isə vətəninə dönən 28 yaşlı hücumçu artıq "Aston Villa"nın şərəfini qoruyur.
Bizim.Media

- A-
- A
- A+
İdman
07:35 / 22.02.2026
Beş ildən sonra ilk qolunu vurdu
Hazırda oxunan: Beş ildən sonra ilk qolunu vurdu
Hazırda oxunan: Beş ildən sonra ilk qolunu vurdu
597583
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































