“Qarabağ”la oyun ərəfəsində “Nyukasl”da SON DURUM

“Qarabağ”la oyun ərəfəsində “Nyukasl”da SON DURUM

Hazırda oxunan: “Qarabağ”la oyun ərəfəsində “Nyukasl”da SON DURUM

597509

"Nyukasl" UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Qarabağ"la cavab matçına itkilərlə çıxacaq.

Bizim.Media xəbər verir ki, iki futbolçu İngiltərədəki oyunda komandaya kömək edə bilməyəcək.

Bunlar müdafiəçilər Valentino Livramento və Luis Maylidir. Hər iki oyunçu zədəlidir. Digər müdafiəçi Sven Botman zədəsini sağaldıb.
 

Niderlandlı futbolçu sabah Premyer Liqanın "Mançester Siti" ilə görüşündə oynamağa hazırdır. Hücumçu Yoane Vissa isə çempionat matçını buraxacaq. 29 yaşlı forvard Çempionlar Liqası oyununda isə iştirak edə biləcək.


Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" qarşılaşması fevralın 24-dən 25-də keçən gecə "Sent Ceyms Park"da keçiriləcək.

Komandalar arasında Bakıda baş tutan ilk matç İngiltərə təmsilçisinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO