Messi və Suaresin övladlarının qol sevinci gündəm oldu

Messi və Suaresin övladlarının qol sevinci gündəm oldu

Hazırda oxunan: Messi və Suaresin övladlarının qol sevinci gündəm oldu

597465

Sosial şəbəkələrdə Lionel Messi və Luis Suarezin övladlarının görüntüsü böyük marağa səbəb olub.

Bizim.Media xəbər verir ki, söhbət Messinin oğlu Ciro Messi və Suaresin oğlu Lauti Suarezin birlikdə məşhur “Pistolero” qol sevincini təkrarlamasından gedir.

Kadrlarda uşaqların əlləri ilə tapança jesti etməsi azarkeşlər tərəfindən geniş paylaşılıb.

Hər iki yeniyetmə futbolçu "İnter Mayami"nin akademiyasında oynayır.

Qeyd edək ki, “Pistolero” sevinci uzun illər Suaresin qol vurduqdan sonra etdiyi simvolik jest kimi tanınır və futbol dünyasında onunla assosiasiya olunur. Azarkeşlər isə bu görüntünü “atalarının futbol genlərinin davamı” kimi şərh ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO