Bir neçə gündür ki, mətbuatda AFFA-nın texniki direktoru Cahangir Həsənzadənin vəzifəsindən uzaqlaşdırıldığı ilə bağlı iddialar yayılıb. AFFA-nın texniki direktorunun fəaliyyətindən narazı qalan federasiya rəhbərliyinin onu əcnəbi şəxslə əvəzləyəcəyi bildirilir.
Məsələni dəqiqləşdirmək üçün Cahangir Həsənzadənin özü ilə əlaqə saxladıq. AFFA funksioneri
Bizim.Media-ya açıqlamasında vəzifəsindən ayrılmadığını bildirib:
“Bu məlumatların heç biri həqiqəti əks etdirmir. Mən öz işimin başındayam və heç yerə getməmişəm. Bilmirəm media niyə mənim haqqında belə informasiyalar yayır. Əvvəllər də bir neçə dəfə belə xəbərlər getmişdi. Amma mən AFFA-da öz fəaliyyətimi davam etdirirəm”.
Xatırladaq ki, Cahangir Həsənzadə 2020-ci ildən AFFA-nın texniki direktoru vəzifəsində çalışır.
Rəşad Rafiqoğlu, Bizim.Media































































































